AZ

Lənkəranda avtomobil 8 yaşlı uşağı vurdu

Lənkəran şəhərində azyaşlı qızın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

 

Sfera.az xəbər verir ki, hadisə günorta saatlarında şəhər ərazisində qeydə alınıb.

 

Hərəkətdə olan minik avtomobili 2017-ci il təvəllüdlü, Lənkəran sakini R.Ş.-ni vurub.
 

Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib və hazırda müalicəsi xəstəxananın aidiyyəti şöbəsində davam etdirilir.
 

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Seçilən
13
2
sfera.az

2Mənbələr