AZ

Xaçmazda məktəb siniflərindən birinin döşəməsində çökmə qeydə alınıb

İyunun 11-də Xaçmaz rayonu Qobuqıraq kənd ümumi orta məktəbində siniflərdən birinin döşəməsində çökmə qeydə alınıb.

Bu barədə AzEdu.az-a Quba-Xaçmaz Regional Təhsil İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, hadisədən sonra təhlükəsizlik tədbirləri görülüb, təlim-tədrisin fasiləsizliyinin təmin edilməsi üçün şagirdlər başqa sinfə köçürülüblər.

Təhsil müəssisəsinin mövcud vəziyyətinin qiymətləndirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Seçilən
26
1
azedu.az

2Mənbələr