Məşhur aktyor Şener Şen sənət fəaliyyətini dayandırıb.
BAKU.WS xəbər verir ki, o 61 ildən sonra son "Zengin Mutfağı" tamaşası ilə səhnə ilə vidalaşıb.
O bu tamaşanı 1977-ci ildən oynayıb.
83 yaşlı aktyor jurnalistlərə sonuncu açıqlamasında artıq səhnəyə çıxmayacağını və heç bir layihədə çəkilməyəcəyini bildirib.