Müğənni Əlikram Bayramovun qardaşı oğlu Rahid Bayramov itkin düşüb.
Viral.az xəbər verir ki, bu barədə Xoşqədəm Hidayətqızının müəllifi olduğu “Səni axtarıram” verilişində bildirilib.
Belə ki, Ə.Bayramovun qardaşı Qafar Bayramov verilişə zəng edərək oğlunun mayın 8-dən itkin düşdüyünü deyib.
Son Yazılar:
- Məşhur müğənninin qardaşı oğlu bir aydır itkin düşüb
- Mavritaniya Prezidenti Azərbaycan liderini təbrik ETDİ
- Bu rayonda məktəbin döşəməsi çökdü
Onun sözlərinə görə, oğlu iki il bundan əvvəl də itkin düşüb, lakin 3 gün sonra yenidən evə qayıdıb.
R. Bayramov qeyd edib ki, oğlu 10 ildir Türkiyədə xarici gəmidə işləyir. Mayın 7-si Biləsuvardan Bakıya, qardaşıgilə gedib ki, sənədlərini düzəltsin, lakin ayın 8-dən ondan xəbər yoxdur (modern.az).