Bakı. Trend:
İyunun 11-də Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) ailəməsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurumrəhbərlərinin ikinci iclası çərçivəsində “Güclü ailələr, güclütoplumlar: TDT ölkələrində ailəni dəstəkləyici siyasətlər”mövzusunda yan tədbir keçirilib.
Trend xəbər verir ki, TDT-yəüzv ölkələrin nümayəndə heyətlərinin, ekspertlərin iştirak etdiyitədbirdə əvvəlcə ailə dəyərlərinin vacibliyinə həsr olunanvideoçarx nümayiş olunub.
Daha sonra çıxış edən Türkiyənin ailə və sosial xidmətlər naziriMahinur Özdemir Göktaş Türk dünyasının ortaq dəyərlərindən biriolan ailənin yalnız toplumların təməli deyil, eyni zamanda,millətlərin gələcəyi olduğunu deyib. Onun sözlərinə görə, ailə hərbir fərdin mənəvi dayağı, mənsub olduğu cəmiyyətlə bağlarınıgücləndirən əsas sütundur. Onu qorumaq və gələcək nəsillərə ötürməkhər kəsin mənəvi borcudur.
Nazir qeyd edib ki, 2025-ci ilin Türkiyədə “Ailə ili” elanolunması bu sahədə Türkiyənin məsuliyyətini və ailəyə verilənəhəmiyyəti bir daha göstərir.
“Bu gün burada, qardaş Azərbaycan torpağında təşkil olunan vəartıq ikinci dəfə keçirilən bu mühüm iclasda müzakirə ediləcəkməsələlər ortaq problemlərimizin həllində bizlər üçün bir istiqamətolacaq. Evlilik yaşının getdikcə yüksəlməsi, boşanma hallarınınsayının artması təkcə sosial sahəyə deyil, iqtisadi və mənəvisahələrə də ciddi təsir göstərir. Bu problemlər ailə dəyərlərininaşınmasına, evlilik və valideynlik kimi anlayışların dəyərdəndüşməsinə gətirib çıxarır”, - deyə nazir vurğulayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədriBahar Muradova vurğulayıb ki, Türkiyə çox böyük tarixi olan birdövlətdir. Orada ailələrlə bağlı görülən işlərin miqyası böyükdür.Bundan əlavə, milyonlarla ailənin problemini həll etmək və bunlarıda dünyaya örnək göstərmək çətin və vacib işdir. Biz Türkdünyasında ailəni, sadəcə, sosial institut kimi deyil, millikimliyimizin təməli, sabitliyin, təhlükəsizliyin amili kimiqiymətləndiririk. İstənilən ölkənin siyasətində bu istiqamət ayrıcayer tutur. Zaman sürətlə dəyişir, ailələr sosial media,urbanizasiya, miqrasiya problemləri ilə qarşılaşırlar. Dövlətlər buproblemləri gözardı edə bilməz. Çünki ailə dəyərlərini qorumaq,sadəcə, mədəni deyil, həm də strateji məsələdir.
Komitə sədri qeyd edib ki, bütün bu məsələləri həll etmək, ortaqmüqavimət formalaşdırmaq üçün Türk Dövlətləri Təşkilatı (TDT) çoxgüclü platformadır. “Biz qısa müddət ərzində TDT-nin necə sürətləböyüdüyünün şahidiyik. Ailə siyasəti üzrə ortaq layihələrinreallaşmasına ciddi yanaşırıq. Bu məsələdə ortaq koordinasiyamərkəzinin yaradılması vacibdir. Ailələrlə bağlı layihələrinicrasını vacib hesab edirik. Biz ailələrlə bağlı tədqiqatlayihələri həyata keçirməliyik. Türk dünyasında ailələrin hansıproblemlərlə qarşılaşdığına dair ortaq baza yaratmalıyıq”, - deyəB.Muradova əlavə edib.
Şimali Kipr Türk Cümhuriyyətinin əmək və sosial müdafiə naziriSadık Qardiyanoğlunun sözlərinə görə, texnologiyanın sürətləinkişaf etdiyi müasir dövrdə ailənin təməlinin zəiflədiyinin şahidioluruq. Sosial təcrid, ailədaxili münasibətlərin səthiləşməsi vəfərdiləşmənin artması ailə institutuna birbaşa təsir göstərir.Şimali Kipr Türk Cümhuriyyətində bu təsirlərin qarşısını almaq üçünailəyə yönəlik sosial dəstək proqramları həyata keçirilir.
O qeyd edib ki, xüsusilə ailə dəyərlərinə zidd düşüncələrinyayılmasının qarşısını almaq vacibdir. Ailənin mahiyyətinizəiflədən bu cür meyillərlə mübarizə aparmaq üçün həmmaarifləndirmə, həm də qanunvericilik tədbirləri həyata keçirilir.Rəqəmsallaşmanın gətirdiyi mənfi təsirləri azaltmaq, ailəmünasibətlərini texnologiyanın təsirindən qorumaq üçün spesifikstrategiya hazırlanır.
Qırğız Respublikasının Əmək, Sosial Təminat və MiqrasiyaNazirliyinin gender siyasəti və zorakılıqdan müdafiə qərarlarınınhazırlanması şöbəsinin baş mütəxəssisi Jarkınay Əmrakulova bildiribki, Türk Dövlətləri Təşkilatının Ailə məsələləri və sosial siyasətsahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası qardaştürk dövlətləri arasında təcrübə mübadiləsi, qarşılıqlı anlaşmanınmöhkəmləndirilməsi üçün mühüm platformadır.
O qeyd edib ki, əhalinin həssas təbəqələrinin sosial müdafiəsivə onlara dəstək təkcə dövlət siyasəti deyil, həm də milli birliyinvə insan kapitalının davamlı inkişafının əsasını təşkil edir.
“Qırğız Respublikası sosial siyasət sahəsində, xüsusən də ailəyədəstək, sosial inteqrasiya, uşaqların, yaşlı insanların vəəlillərin qorunması kimi aktual sahələrdə birgə səylərə xüsusiəhəmiyyət verir. Əminəm ki, Türk Dövlətləri Təşkilatı çərçivəsindəqarşılıqlı fəaliyyətimiz insanyönümlü səmərəli sosial təşəbbüslərinişlənib hazırlanmasına və həyata keçirilməsinə yeni təkan verəcək”,- deyə qırğızıstanlı nümayəndə əlavə edib.
O, əməkdaşlıq üçün əlverişli mühitin yaradılmasına görəAzərbaycana minnətdarlığını bildirib.
Qırğızıstanın əmək, sosial müdafiə və miqrasiya nazirininmüavini Janakova Kyial Bairyşev Qırğızıstanda ailənin rifahının vədayanıqlığının dövlət siyasətinin prioritet istiqamətlərdən biriolduğunu vurğulayıb. Onun sözlərinə görə, Qırğızıstan sosialmüdafiə sistemini ailələri dəstəkləməyə yönəlik daha çevik vəəhatəli şəkildə inkişaf etdirir. Xüsusilə gənc ailələrinsosial-iqtisadi sabitliyini təmin etmək və uşaq rifahını artırmaqəsas hədəflərdəndir.
“Texnologiya və cəmiyyətin dəyişən dinamikası ailəmünasibətlərində yeni çağırışlar yaradır. Bu səbəbdən biz həminçağırışlara uyğun sosial və psixoloji dəstək mexanizmləri qurmağaçalışırıq. Bu gün iclasda paylaşdığımız təcrübə və fikirmübadilələri ortaq gələcəyimiz üçün çox dəyərlidir. İnanıram ki, buəməkdaşlıq ailə institutunun qorunmasına böyük töhfə verəcək”, -deyə nazir müavini əlavə edib.
Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin Gənclik vəAilə İşləri Komitəsinin sədri Kayrat Kambatov mütəxəssislərtərəfindən gənc ailələrə dəstək tədbirlərinin genişləndirilməsininvacibliyini vurğulayıb. Bildirib ki, Qazaxıstanda bu sahədə ciddiaddımlar atılır və yeni proqramların həyata keçirilməsiplanlaşdırılır.
“Qazaxıstanda həyata keçirilən yeni layihələr səbəbindən ötən ilboşanmaq istəyi ilə məhkəməyə müraciət edən bir çox gənc ailə bufikrindən daşınıb. Növbəti mərhələdə dünya ölkələrinin ən gözəlailə dəyərlərinin təbliği üzrə portalın yaradılması nəzərdətutulur. Bizim bütün regionlarımızda ailələrə dəstək mərkəzlərifəaliyyət göstərir. Həmin mərkəzlər ailələrin sosial problemlərininhəlli ilə məşğul olur. Hazırda Qazaxıstanda bütün sosialxidmətlərin avtomatlaşdırılması üzrə işlər həyata keçirilir”, -deyə Kayrat Kambatov əlavə edib.
Türkmənistanın əmək və əhalinin sosial müdafiəsi nazirininmüavini Halbibi Taçjanov vurğulayıb ki, iclas cəmiyyətin inkişafıüçün mühüm mövzulara təsir edir. Çünki türkdilli ölkələrkontekstində ailə dəyərləri, böyüklərə hörmət xüsusi yer tutur.Ailənin rolunu anlamaq, gücləndirmək böyük əhəmiyyət kəsb edir.
Onun sözlərinə görə, Türkmənistanda ailənin əsas rolu və budəyərlərin əhəmiyyəti dərk edilsə də, bütün ölkələr kimi, evlilikyaşının artması, milli dəyərlərdə dəyişikliklər kimi problemlərləqarşılaşmaq mümkündür. “Bu məsələlərin həlli üçün ailə dəyərləridəstəklənir, ailə zorakılığına qarşı mübarizə güclənir, rəqəmsaldəstək tədbirləri həyata keçirilir, dövlət hüquqi və metodiki bazatəmin edir”, - deyə türkmənistanlı nazir müavini əlavə edib.
Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömər Kocamanbu günədək Türk Dövlətləri Təşkilatı (TDT) olaraq bir çox sahədəortaq fəaliyyətlərin həyata keçirildiyinə diqqət çəkib: “Bizimgənclər və ailələrlə bağlı fəaliyyətimiz yox idi. Gec də olsa, buişləri həyata keçirməyə başladıq. Türk dünyasında gənclərin vəailələrin problemlərinin həlli ilə bağlı gələcək planlarımızolacaq. TDT-nin digər təşkilatlardan fərqi odur ki, bu təşkilatdaortaq proqramlar və layihələr həyata keçirilir. Bu yolla da Türkdünyasına xidmət göstərilir. Bizim bir çox sahələrdə ortaqlayihələrimiz var”.
TDT olaraq gənclər üçün innovasiya sahəsində proqramların həyatakeçirildiyini xatırladan Baş katibin müavini deyib: “İndi isəqadınların problemlərinin həlli ilə bağlı layihələr həyatakeçirməyin zamanıdır. Türk dünyasında 170 milyon nəfərə yaxın əhaliyaşayır, onların 40 faizini gənclər təşkil edir. Bu gün bir çoxailələr təhdidlərlə üz-üzədir. Bu baxımdan mənəvi keçmişdən gələnailə dəyərlərimizi qorumaq önəmlidir. Türk Dövlətləri Təşkilatındaailə siyasətlərinin uyğunlaşdırılması üçün ortaq strategiyalarınhəyata keçirilməsini davam etdirəcəyik”.
Tədbir mövzu ətrafında geniş müzakirələrlə davam edib.