AZ

Tramp: Onlar bəxtəvərdirlər ki, onlara kömək etdim

ABŞ Prezidenti Donald Tramp etirazlar səbəbindən Milli Qvardiya qüvvələrinin Los-Ancelesə yeridilməsinin düzgün qərar olduğunu hesab edir.

Bakıvaxt.az xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.

"Əgər bizim qoşunlarımız Los-Ancelesə girməsəydi, o, indi evlərin böyük hissəsi yandığı kimi, tamamilə yanıb kül olardı. Los-Ancelesin gözəl sakinləri çox şanslıdırlar ki, mən kömək etməyə qərar verdim!!!", - o qeyd edib.

Daha əvvəl Pentaqon rəhbərinin xüsusi köməkçisi Brin Ullakott Makdonnell qoşunların yeridilməsinin ABŞ dövlət xəzinəsinə 134 milyon dollara başa gələcəyini bildirib.

İyunun 6-da Los-Ancelesdə qanunsuz miqrantların kütləvi saxlanılmasına başlanılıb, iyunun 7-si axşam saatlarına qədər miqrasiya qanunvericiliyini pozmaqda ittiham olunan ən azı 44 nəfər həbs edilib.

Seçilən
21
4
bakivaxti.az

3Mənbələr