AZ

Orta məktəbin döşəməsi çökdü: şagirdlər təxliyə edildi

Xaçmazda orta məktəbin döşəməsi çöküb.

Hurriyyet.az xəbər verir ki, hadisə rayonun Qobuqıraq kənd orta məktəbində siniflərdən birində baş verib.

Quba-Xaçmaz Regional Təhsil İdarəsi məlumatı təsdiq edib.

Qeyd edilib ki, hadisədən sonra təhlükəsizlik tədbirləri görülüb, təlim-tədrisin fasiləsizliyinin təmin edilməsi üçün şagirdlər başqa sinfə köçürülüblər.

"Təhsil müəssisəsinin mövcud vəziyyətinin qiymətləndirilməsi istiqamətində müvafiq tədbirlər görülür", - rəsmi açıqlamada bildirilir.

Modern.az

Seçilən
73
16
hurriyyet.az

10Mənbələr