AZ

Avstriyada məktəbdə qətliam törədən şəxsin atası ERMƏNİ İMİŞ – DETALLAR

Avstriyanın Qrats şəhərində baş verən atışma ölkə tarixindəki ən dəhşətli hadisələrdən biri kimi dəyərləndirilir. Hadisə nəticəsində on nəfər həlak olub, onların arasında 14–17 yaşlarında məktəblilər və 59 yaşlı müəllimə də var.

Bizim.Media “Sputnik Ermənistan” nəşrinə istinadən xəbər verir ki, hazırda Qrats xəstəxanalarında 11 yaralı müalicə alır.

Hadisəni törədən şəxs, 21 yaşlı keçmiş məktəb şagirdi özünü “zorakılığın qurbanı” hesab edirmiş və özünə qəsd edib. Onun hərəkətlərinin motivləri hələlik məlum deyil.

Avstriyanın “Kronen Zeitung” qəzetinin polisə istinadən yaydığı məlumata görə, şübhəli şəxsin atası erməni əsilli olub, lakin valideynlərinin boşanmasından sonra onunla eyni evdə yaşamayıb. O, avstriyalı anası ilə birgə yaşayırmış və təkcə ana tərəfindən böyüdülüb.

İstintaqın məlumatına görə, gənc hadisədən əvvəl vida məktubu və anasına videomüraciət qoyub. Videoda o, anasından “indi edəcəyi şeyə görə” üzr istəyir, göstərdiyi qayğıya görə təşəkkür edir.

Araşdırma göstərir ki, ana videonu hadisədən 24 dəqiqə sonra açıb, həmin vaxt artıq qətliam baş veribmiş.

Hazırda iş üzrə bir neçə yüz nəfər dindirilməkdədir.

Hadisə ilə bağlı Avstriya kansleri və prezidenti, eləcə də nazirlər, partiya rəhbərləri və dünya liderləri həlak olanların ailələrinə başsağlığı veriblər.


Bizim.Media

Seçilən
74
bizim.media

1Mənbələr