AZ

Viktor Orban: "Avropa Trampın Ukraynaya dair sülh təşəbbüsünü dəstəkləmir"

Avropa ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin nizamlanmasına dair təşəbbüsünü dəstəkləmir.

Oxu.Az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu fikri Macarıstanın Baş naziri Viktor Orban jurnalist Ben Şapiroya müsahibəsində deyib.

"Hər kəs başa düşməlidir ki, bu müharibəni səngərlərdə udmaq mümkün deyil. Avropalılar ABŞ prezidentinin sülh təşəbbüsünü dəstəkləmir və əslində, onu müharibəyönümlü mövqeyə qaytarmağa çalışırlar", - deyə baş nazir bildirib.
Seçilən
46
1
sherg.az

2Mənbələr