AZ

ADNSU və Lissabon NOVA Universiteti elmi-tədqiqat sahəsində əməkdaşlıq edəcək

Bakı, 11 iyun, AZƏRTAC

İyunun 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Portuqaliyanın Lissabon NOVA Universitetinin prorektoru Joao Amaro de Matos ilə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib.

ADNSU-nun rektoru dosent Rüfət Əzizovla keçirilən görüşdə iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrinin qurulması, elmi-tədqiqat sahəsində birgə fəaliyyət, tələbə və müəllim mübadiləsi, eləcə də beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində məsələlər müzakirə olunub.

Görüşün sonunda mümkün perspektiv əməkdaşlıq imkanları nəzərdən keçirildikdən sonra tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.

Seçilən
48
6
azertag.az

7Mənbələr