AZ

Tramp FED-i təcili olaraq faiz dərəcəsini bir faiz bəndi azaltmağa çağırdı

ABŞ-ın sabiq prezidenti Donald Tramp Federal Ehtiyat Sistemini (FED) təcili şəkildə faiz dərəcəsini 1 faiz bəndi azaltmağa çağırıb.

KONKRET.az xəbər verir ki, o, bu addımın ABŞ-ın dövlət borcu üzrə faiz ödənişlərini əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcəyini bildirib.

“İstehlak qiymətləri indeksinin nəticələri indi açıqlandı. Mükəmməl rəqəmlər! FED faiz dərəcəsini bütöv 1 faiz bəndi azaltmalıdır. Biz müddəti başa çatan borclar üzrə daha az faiz ödəyərdik. Bu, çox vacibdir!!!” – deyə Tramp Truth Social platformasında yazıb.

Natiq Səlim,
KONKRET.az

Seçilən
77
konkret.az

1Mənbələr