AZ

Azərbaycan Dünya Bankı ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır

BAKI, 11 iyun. TELEQRAF

Maliyyə nazirinin birinci müavini Anar Kərimov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştalmeyster, bankın Avropa və Mərkəzi Asiya regionu üzrə Dövlət İdarəçiliyi və İnstitusional İnkişaf Proqramının rəhbəri və təcrübələr üzrə meneceri Adrian Fozzardı ilə görüşüb.

Teleqraf xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Dünya Bankı arasında mövcud olan əməkdaşlıqdan məmnunluq ifadə edilib, Azərbaycanın bu əməkdaşlığın genişləndirilməsində maraqlı olduğu qeyd edilib.

Həmçinin görüşdə Azərbaycanın uzun illər ərzində Dünya Bankı ilə əməkdaşlıqdan faydalandığı, bank tərəfindən müxtəlif sahələrdə maliyyələşdirilən layihələrin və göstərilən texniki yardımların ölkəmizin sosial-iqtisadi inkişafına əhəmiyyətli töhfə verdiyi qeyd olunub.

Eyni zamanda bankın dəstəyi ilə həyata keçirilən və hazırda icrası davam edən dövlət maliyyəsinin idarə edilməsi sahəsində islahatlara dair texniki yardım və bu çərçivədə gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
79
50
teleqraf.com

10Mənbələr