Ajans.az xəbər verir ki, Belarus Dövlət Sərhəd Komitəsinin yaydığı məlumata görə, iyunun 11-də Litva ilə sərhədə yaxın məsafədə hərəkətdə olan pilotsuz uçuş aparatı (PUA) sərhədçilər tərəfindən aşkar edilərək yerə endirilib. Hadisə Voronovski rayonunda, Belarus-Litva sərhədindən təxminən bir kilometr məsafədə baş verib. Komitə qeyd edib ki, Lida sərhəd dəstəsinin hərbçiləri standart silahlardan istifadə edərək PUA-nı eniş etməyə məcbur ediblər.

Sərhədçilər dronun hansı ölkəyə məxsus olduğunu hələlik açıqlamayıblar.