Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyaya sanksiyaların tətbiqi müqabilində 18 yaşlı ölkə vətəndaşlarının səfərbərlik üzrə müharibəyə cəlb olunması təklifini rədd edib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak deyib.
O qeyd edib ki, səfərbərliklə bağlı Qərb tərəfdaşlar təklif irəli sürüblər.