AZ

Rəşad Nəbiyev İcraiyyə Komitəsində

Azərbaycan Cüdo Federasiyasının prezidenti Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinə üzv seçilib.

"Football-plus.az" xəbər verir ki, iyunun 11-də Macarıstanın paytaxtı Budapeştdə Beynəlxalq Cüdo Federasiyasının (BCF) Konqresi keçirilib.

Nüfuzlu tədbirdə milli federasiyaların, qitə ittifaqlarının və beynəlxalq cüdo ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Konqres çərçivəsində 2025–2029-cu illər üçün Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinin yeni tərkibi də təsdiqlənib. Səsvermənin nəticələrinə əsasən, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev İcraiyyə Komitəsinin üzvü seçilib.

Toplantıda altıncı dəfə BCF-in prezidenti seçilən Marius Vizer qarşıdakı dörd il ərzində quruma rəhbəri olacaq.

Qeyd edək ki, Vizer 2007-ci ildə dünya cüdosuna başçılıq edir.

Seçilən
33
8
football-plus.az

10Mənbələr