AZ

Saratov vilayətinin sabiq naziri xüsusi əməliyyatda həlak olub

Saratov vilayətinin keçmiş regional idarəetmə məsələləri üzrə naziri Pavel Belikov xüsusi əməliyyat zamanı həlak olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə onun doğulduğu Novouzensk rayonu administrasiyası məlumat yayıb.

“Pavel Petroviç Belikov Luqansk Xalq Respublikasının Markovski qəsəbəsi ərazisində döyüş tapşırığını yerinə yetirərkən həlak olub”, – məlumatda deyilir.

Onunla vidalaşmağa Saratov vilayətinin iqtisadi inkişaf nazirinin birinci müavini Oleq Savenkov və bir neçə yerli vəzifəli şəxs qatılıb.

Belikov müxtəlif illərdə Saratov vilayətində idarəetmə strukturlarında çalışıb. 2009-cu ildə o, vilayətin regional idarəetmə məsələləri üzrə naziri vəzifəsini tuturdu. 2012-ci ildə istefa verərək Rusiya Federal Cəzaçəkmə Xidmətinin Konserv Zavoduna rəhbərlik edib. Altı il sonra isə həmin zavodda mənimsəmə işi ilə bağlı məhkum olunub.

Seçilən
80
nocomment.az

1Mənbələr