AZ

Cəlilabadda şadlıq evi YANDI

Cəlilabad rayonunda fəaliyyət göstərən şadlıq evlərindən birində bu gün axşam saatlarında yanğın baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Moranlı kəndində baş verib.

Yanğının başvermə səbəbi hələlik məlum deyil.
 

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Yanğınsöndürən briqadalar hadisə yerinə çatdıqdan sonra ərazidə təhlükəsizlik tədbirləri görülüb və yanğının ətraf obyektlərə keçməsinin qarşısını almaq məqsədilə operativ müdaxilə edilib.


Hadisə nəticəsində şadlıq evi tam yanıb.Yanğının nə qədər sahəni əhatə etdiyi və dəymiş maddi ziyanın həcmi araşdırılır.

Sabutay, Bizim.Media, Cənub bürosu.

Seçilən
63
2
bizim.media

2Mənbələr