"Qarabağ" klubunda ayrılıq yaşanıb.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi Yassin Benzia ilə yollarını ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Əlcəzairli futbolçunun başa çatan müqaviləsi yenilənməyib.
Qeyd edək ki, Yassin Benzia 2023-cü ilin yayından "Qarabağ"ın formasını geyinirdi.