AZ

"Şamaxı" Azərbaycan millisinin futbolçusu ilə yollarını ayırdı

"Şamaxı" Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovla yollarını ayırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Bildirilib ki, icarə müqaviləsi başa çatan oyunçu məxsus olduğu Bolqarıstan təmsilçisi "Arda"ya qayıdıb.
 
Qeyd edək ki, mərkəz müdafiəçisi 2024-cü ilin dekabr ayından bölgə təmsilçisinin tərkibində çıxış edirdi.
Seçilən
62
6
moderator.az

10Mənbələr