AZ

Serbiya Prezidenti Zelenski ilə görüşüb

Serbiya Prezidenti Aleksandar Vuçiç Odessada Ukrayna - Cənub-Şərqi Avropa sammiti çərçivəsində ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Serbiya lideri sosial şəbəkə hesabında məlumat verib.

“Biz uzunmüddətli və davamlı sülhün əldə edilməsinin vacibliyi, beynəlxalq hüquqa hörmət, eləcə də münaqişələrin aradan qaldırılmasında diplomatiyanın rolu barədə fikir mübadiləsi apardıq”, - Vuçiç Zelenski ilə birgə fotosunu payaşaraq qeyd edib.

O əlavə edib ki, söhbət vacib və açıq olub, Avropanın və dünyanın üzləşdiyi əsas geosiyasi çağırışları əhatə edib. Həmsöhbətlər, həmçinin beynəlxalq hüquqa hörmətin vacibliyi, diplomatik səylər və cəmiyyətin müxtəlif sahələrində mümkün qədər sıx əməkdaşlığa nail olmağın zəruriliyi barədə fikir mübadiləsi aparıblar.

Sammit zamanı Vuçiç xüsusi olaraq bildirib ki, bütün digər açıq məsələlərin həlli üçün ilkin şərt kimi dialoqun intensivləşdirilməsi və mümkün qədər tez sülhə nail olunması getdikcə artan təcili ehtiyacdır.

Seçilən
43
3
operativmedia.az

5Mənbələr