AZ

“Beşiktaş”ın futbolçusu Rusiya klubuna KEÇİR

"Beşiktaş"ın futbolçusu Baxtiyor Zaynutdinov Rusiyaya qayıdacaq.

Bizim.Media xəbər verir ki, qazaxıstanlı sol cinah müdafiəçisi "Dinamo"ya keçəcək. Bu barədə "Sportzrena.kz" məlumat yayıb.

"Beşiktaş" Zaynutdinovun transferi üçün Moskva klubu ilə anlaşıb. 27 yaşlı müdafiəçi yaxın günlərdə Rusiya klubu ilə rəsmi müqavilə imzalayacaq.

Qeyd edək ki, "Beşiktaş" Baxtiyor Zaynutdinovu 2023-cü ilin avqust ayında ÇSKA-dan transfer edib. Qazaxıstan millsinin üzvü ötən mövsüm "qara qartallar"ın heyətində meydana çıxdığı 12 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
16
2
bizim.media

3Mənbələr