ain.az bildirir, Sherg.az portalına istinadən.
Gimnastika üzrə Olimpiya çempionu Meri Lou Retton sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə cərimələnib.
Publika.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. Mayın 17-də Fairmont polisi “Porsche” sürücüsünün qeyri-sabit hərəkət etməsi barədə xəbərdən sonra onun avtomobilini saxlayıb. Məlumata görə, keçmiş idmançıdan spirt iyi gəlib, nitqini pozub və alkotester testindən keçə bilməyib. Hüquq-mühafizə orqanları sərnişin oturacağında bir şüşə şərab tapıldığını bildirib.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
57 yaşlı keçmiş gimnast məhkəmədə günahını etiraf edib. Məhkəmə onu ilk dəfə törədilən ağır olmayan cinayətə görə 100 dollar cərimələyib.
Retton 1984-cü ildə Olimpiadanın qalibi olub. O, Olimpiadada çoxnövçülükdə qalib gələn ilk amerikalı gimnastdır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.