AZ

Kəmalə Günəşlinin toy sahibi ilə etdiyi davanın TƏFƏRRÜATI

Müğənni Kəmalə Günəşlinin Sumqayıtda yerləşən “Park Palace” şadlıq sarayında keçirilən toy mərasimində məclis sahibi ilə dava etdiyi barədə məlumatlar yayılıb.

Publika.az xəbər verir ki, mövzu ilə bağlı restoranın meneceri Elnur Eyvazov Teleqraf-ın əməkdaşının suallarını cavablandırıb.

O söyləyib ki, insident Kəmalə Günəşli ilə oğluna kiçik toy mərasimi təşkil edən Vəfa Mikayılova adlı xanım arasında yaşanıb.

"Hadisə bizim restoranda baş verib. Kiçik toy mərasiminə ifaçını Vəfa Mikayılovanın özü dəvət edib. Müğənninin restorana dəvətinin bizə aidiyyəti yoxdur, yəni, bizim vasitəçiliyimiz olmayıb.

Ötən gün təxminən saat 22:30-da mənə zəng etdilər ki, müğənni ilə Vəfa Mikayılova arasında mübahisə baş verib. Hadisə yerinə polis gəldi, o zaman hər iki tərəf sakitləşmişdi. Məclis sahibi müğənnini şikayət etdi",- deyə menecer bildirib.

Məlumata görə, hadisə iyunun 10-da baş verib. Oğluna sünnət toyu keçirən V.Mikayılovanın 4 saatlıq çıxış üçün 4 min manata razılaşdığı Kəmalə Günəşlinin ifalarından razı qalmaması davaya səbəb olub.

Belə ki, toydan əvvəl V.Mikayılova K.Günəşlinin prodüsseri ilə əlaqə saxlayaraq, onu toya dəvət edib və tərəflər 4 min manata razılaşıblar. V.Mikayılova qarşı tərəfin kart hesabına elektron qaydada 300 manat beh göndərib.

Onlar vədələşdikləri kimi K.Günəşli şadlıq sarayındakı məclisə gəlib. Lakin bir qədər sonra məclis sahibi müğənninin yalnız fonoqram ifa etdiyini ona irad bildirib və əvvəlcədən danışdıqları ödənişi etməyəcəyini deyib.

Seçilən
45
9
publika.az

10Mənbələr