Rusiya Odessanı nəzarətə götürərək Rumıniya və Moldova ilə sərhədə çatmağı planlaşdırır”.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
Odessanın Rusiyanın hədəfində olduğunu vurğulayan Zelenski sözlərinə belə davam edib:
"Rusiya işğal etdiyi ərazilərdəki saysız-hesabsız şəhər və kəndlərdə olduğu kimi, onu da məhv etmək istəyir. Rusiya hərbi planları bu bölgəni - Odessanı, daha sonra isə Moldova və Rumıniya ilə sərhədi göstərir", - o bildirib.