AZ

Nyu-Yorkda etiraz aksiyası zamanı 86 nəfər saxlanılıb

Nyu-Yorkun Aşağı Manhetten bölgəsində keçirilən etiraz aksiyaları zamanı 80-dən çox adam saxlanılıb.

Etirazlar yerli vaxtla 10 iyundan 11 iyuna keçən gecə Foley meydanı ətrafında keçirilib.

Polis aksiyada təxminən 2 min 500 nəfərin iştirak etdiyini açıqlayıb. Onlar İmmiqrasiya və Gömrük Nəzarəti İdarəsi əleyhinə şüarlar səsləndiriblər.

Polis 86 nəfəri saxlayıb. Onlardan 52-si xırda cinayətlərə görə azadlığa buraxılıb. Polisə müqavimət və digər cinayətlərdə ittiham olunan 34 nəfər isə məsuliyyətə cəlb edilib.

Seçilən
55
10
anews.az

10Mənbələr