Şəhid Elçin İsmayılovun atası Ədalət İsmayılov vəfat edib.
Redaktor.az-ın əldə etdiyi məlumata görə, dəfn mərasimi sabah saat 10:00-da Cəlilabadın Təklə kəndində olacaq.
Şəhidin anası Sifeyrə xanım bu il mayın 2-də vəfat edib və bu gün şəhid anasının qırx mərasimi keçirilib. Qırx mərasimindən sonra şəhidin atası da vəfat edib.
Qeyd edək ki, şəhid Elçin İsmayılov 1994-cü ildə birinci Qarabağ savaşı zamanı şəhid olub.
Allah rəhmət eləsin!
Vasif ƏLİHÜSEYN