AZ

Çin nadir metalların ABŞ-yə ixracını dayandırdı

BAKI, 12 iyun. TELEQRAF

Çin nadir metalların ABŞ-yə ixracını altı ay müddətinə məhdudlaşdırıb.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, müvafiq lisenziyaların verilməsinə Çin prezidenti Si Cinpin və ABŞ prezidenti Donald Tramp tərəfindən ticarət sazişi imzalandıqdan dərhal sonra başlanılacaq.

Çünki bundan əvvəl ABŞ prezidenti Donald Tramp iki ölkə arasında bağlanacaq sazişin rüsumların azaldılmasını, eləcə də nadir metallarının Çin tərəfindən tədarükünü nəzərdə tutduğunu bildirmişdi.

Seçilən
21
6
teleqraf.com

10Mənbələr