AZ

“Qarabağ”da “yarpaq tökümü” - Əsas futbolçular getdi+Rəsmi

Yasin Benzia “Qarabağ”dan ayrılıb.

"Cebheinfo.az"  xəbər verir ki, bu barədə Ağdam klubu rəsmi məlumat yayıb.

Onunla başa çatan müqavilə yenilənməyib.

Qeyd edək ki, Benzia Azərbaycan klubuna 2023-cü ilin yanvarında transfer olunmuşdu. O, daha öncə “Lion”, “Lill”, “Dijon” (hamısı Fransa), “Olimpiakos” (Yunanıstan), “Fənərbaxça”, “Hatayspor” (hər ikisi Türkiyə) kimi klublarda çıxış edib.

***

Bundan başqa Patrik Andrade də komanda ilə yolları ayırıb.

***

Klub Marko Veşoviçin də müqaviləsinin yenilənmədiyini açıqlayıb və futbolçu ilə vidalaşıb.

***

Klub İsmayıl İbrahimli ilə də yollarını ayırıb. Son iki mövsümdə icarə əsasında “Zirə”də çıxış edən 27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

 

"Cebheinfo.az" 

Seçilən
47
13
cebheinfo.az

10Mənbələr