İran rejimi üç həftə ərzində 10 nüvə başlığı istehsal etmək gücünə sahibdir.
Axar.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Maykl Kurilla Konqresdə çıxışı zamanı deyib:
“İran hazırkı ehtiyat və sentrifuqalarla cəmi bir həftəyə silah dərəcəli 25 kiloqram material istehsal edə bilər. Üç həftəyə isə bu, on başlığa qədər çata bilər”, - deyə o bildirib.
General əlavə edib ki, Tehran nüvə silahı əldə etsə, bu, bölgədə silahlanma yarışını alovlandıra bilər. Digər ölkələr də nüvə silahını ya istehsal, ya da satınalma yolu ilə əldə etməyə çalışacaq.