BAKI, 12 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp “Böyük yeddilərin” (G7) sammiti zamanı dünya liderləri ilə çoxsaylı təkbətək görüşlər keçirəcək.
Teleqraf xəbər verir ki, bu haqda Ağ Evin mətbuat katibi Kerolayn Levitt brifinqdə bildirib.
“Prezidentlə digər xarici liderlər arasında kifayət qədər təkbətək ikitərəfli görüşlər olacaq”, - mətbuat katibi bildirib.
Levitt əlavə edib ki, hazırda bütün görüşlərin qrafiki dəqiqləşdirilir və bu barədə jurnalistlərə daha sonra məlumat veriləcək.
Qeyd edək ki, G7 sammiti iyunun 15-17-də Kanadanın Alberta əyalətində keçiriləcək.