AZ

Premyer liqanın 2024/25 mövsümü: rəqəmlərin maraqlı dünyası

ain.az bildirir, Footbal-plus portalına istinadən.

Futbol həm də rəqəmlərlə gözəldi. Daha doğrusu, statistika futbol dünyasına gözəllik qatan bir vasitədi. Rəqəmlərin hökmünə aldanmaq lazım deyil, onlar heç də həqiqəti çatdırmır. Bununla belə, rəqəmlərin sehrinə düşəndə tez-tez cəlbedici məqamlar, hətta tendensiyalar ilə də rastlaşırsan.“Football-plus.az" olaraq, Misli premyer-liqasının 2024/25 mövsümünün yekunları ilə bağlı bəzi statistik incəlikləri təqdim edəcəyik. Növbəti xəbərlərimizdə futbolçuların fərdi göstəriciləri, legioner, hakim, baş məşqçi statistikaları da yer alacaq. Hələlik mövsümün ümumi yekunları haqda danışaq.Bakıda 107, kənarda 73 oyun36-cı turun bütün oyunları baş tutubsa, avtomatik 180 rəqəmi alınır. İndi artıq “Bakı çempionatı” ifadəsi dəbdən düşsə də, hər halda, oyunların 107-si paytaxtda, 73-ü kənarda keçirilib. Bakıdakı bu qədər oyun “Liv Bona Dea Arena”, “Neftçi Arena”, “Bank Respublika Arena”, Zirə İdman Kompleksi, “Azərsun Arena”, “ASCO Arena” və Tofiq Bəhramov adına Respublika stadionunun payına düşür. Rayon oyunlarının coğrafiyası da bəllidi. Tovuz şəhər stadionu 36, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu və Şamaxı şəhər stadionu hərəyə 18, “Kapital Bank Arena” 1 oyuna qucaq açıb. Elitadakı 10 komandanın ev oyunlarını 11 stadionda keçirməsi də sizi yanıltmasın. “Turan Tovuz”la “Kəpəz”in ev oyunlarını eyni stadionda keçirməsi ilə yanaşı, “Qarabağ”ın 10 oyunda “Bəhramov”un, 8 oyunda “Azərsun Arena”nın, “Araz-Naxçıvan”ın isə 1 oyunda “Kapital Bank Arena”nın xidmətindən yararlandığını da unutmayın. “Neftçi” də 1 ev oyununu Zirədə keçirib.Tovuz şəhər stadionu 36 oyunZirə İdman Kompleksi 19 oyunMehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu 18 oyun“Bank Respublika Arena” 18 oyun“ASCO Arena” 18 oyunŞamaxı şəhər stadionu 18 oyun“Liv Bona Dea Arena” 17 oyun“Neftçi Arena” 17 oyunTofiq Bəhramov adına Respublika stadionu 10 oyun“Azərsun Arena” 8 oyun“Kapital Bank Arena” 1 oyun180 oyuna 432 qol – azdıTəəssüf ki, Azərbaycan çempionatının oyunlarında o qədər də çox qol vurulmur. 180 oyunda 432 qol vurulub ki, orta məhsuldarlıq cəmi 2,4-ə bərabərdi. Müqayisə üçün “böyük beşlik” ölkələrinin çempionatlarının orta məhsuldarlıq göstəricisini təqdim edirik:Almaniya bundesiqası 306 oyun/960 qol – orta hesabla 3,1Fransa Liqa 1-i 306 oyun/911 qol – orta hesabla 3İngiltərə premyer-liqası 380 oyun/1115 qol – orta hesabla 2,9İspaniya La Liqası 380 oyun/995 qol – orta hesabla 2,6İtaliya A seriyası 380 oyun/973 qol – orta hesabla 2,6Misli premyer-liqasında vurulan 432 qoldan 323-si meydan sahiblərinin, 200-ü qonaqların payına düşür. Fasiləyə qədər 201, fasilədən sonra 231 qol vurulub. Qolların dəqiqələr üzrə təsnifatına keçməmiş daha bir sevindici məqamı vurğulamaq istəyirəm. Azərbaycan klubları son 15 dəqiqədə daha çox – 95 qol vurublar. Bunu iki cür yozmaq olar: birinci versiya budu ki, komandalar bir qol vurur və hesabda üstünlüyü əldən verməməyə çalışırlar, ikinci versiya isə belədi: bizimkilər tədricən ən son saniyəyə qədər mübarizə aparmağı öyrənirlər.1-15-ci dəqiqələr – 58 qol16-30-cu dəqiqələr – 66 qol31-45-ci dəqiqələr – 77 qol46-60-cı dəqiqələr – 78 qol61-75-ci dəqiqələr – 58 qol76-90-cı dəqiqələr – 95 qol180 oyunun 107-də üçdən az qol vurulubElə bu məqamda daha bir maraqlı statistika təqdim etmək istəyirəm ki, siz oxucular ölkə klublarının əslində aza qane olduğunu, hesabda önə çıxandan sonra fərqi artırmaq sevdasına düşmədiyini görəsiz. Təsəvvür edin ki, 180 oyunun 107-də üçdən az qol vurulub, bukmekerlərin dili ilə desək, bu qədər oyun “alt” gəlib. Hesab variantları ilə bağlı statistikadan göründüyü kimi, 45 oyun 1:0, 26 oyun 1:1, 21 oyun 2:0 hesabıyla bitib, daha 15 oyunda, ümumiyyətlə, qapılara qol vurulmayıb. Ümumilikdə 16 hesab variantı qeydə alınıb. Ən populyar hesab 1:0-dı. 5:2, 3:3 və 4:3 hesablarıba yalnız bir dəfə rast gəlinib.1:0 – 45 dəfə1:1 – 26 dəfə2:0 – 21 dəfə2:1 – 18 dəfə0:0 – 15 dəfə3:0 – 12 dəfə2:2 – 8 dəfə2:3 – 8 dəfə1:3 – 7 dəfə1:4 – 6 dəfə4:0 – 5 dəfə4:2 – 3 dəfə0:5 – 3 dəfə5:2 – 1 dəfə3:3 – 1 dəfə4:3 – 1 dəfəAdamlar və ...qollarƏkrəm Əylislinin məşhur “Adamlar və ağaclar” trilogiyasının şərəfinə bu yarımbaşlığı belə adlandırdıq. Çempionatın bombardiri Leandro Andrade 35 oyunda 15 qol vurub ki, bunu da yüksək məhsuldarlıq saymağa dəyməz. Üstəlik “Qarabağ”ın Kabo-Verdedən olan vingeri bu qolların 8-ni artıq elitanı tərk edən “Səbail”in qapısından keçirib. Acınacaqlı mənzərədi, deyilmi? Məncə, elə son mövsümdə nəinki pentatrikin, heç pokerin qeydə alınmaması da xoş deyil. Cəmi üç het-trik var ki, birini Leandro “Səbail”lə 30-cu turun oyununda reallaşdırıb. Qalan iki het-trik Davit Volkovun hesabındadı. “Zirə”nin gürcü legioneri həm ilk turda “Səbail”lə, həm də 15-ci turda “Sumqayıt”la ev oyununda üç qol vurub. Maraqlıdı ki, hər iki oyun 4:1 hesabıyla bitib.Son mövsümdə 21 dubl, 10 avtoqol qeydə alınıb. Hər nə qədər acı statistika olsa da, “qapıların yerini səhv salan” futbolçuların siyahısını təqdim edirik: Robert Bauer, Azər Salahlı (hər ikisi “Neftçi”), Vasiliye Bakiç, Cəlal Hüseynov, Vladislav Veremeyev (hamısı “Şamaxı”), Dmitri Litvin, Əlirza Müştəbazadə (hər ikisi “Səbail”), Orxan Əliyev, Turan Manafov (hər ikisi “Kəpəz”), Silvanus Nimeli (Sumqayıt).130 qələbədən 20-si əzmkarlıq hesabına qazanılıbQələbələrin xarakteri haqda danışmağın da vaxtıdı. Bəribaşdan vurğulayaq ki, 180 oyundan 130-u komandalardan birinin qələbəsi ilə bitib. 73 oyunda meydan sahibləri, 57 oyunda qonaqlar sevinib. Daha 50 oyun heç-heçə bitib. Qələbələrin 27-də böyük hesab qeydə alınıb. 12 oyunda komandalardan biri 3:0 hesabıyla qələbə qazanıb. Altı oyun 4:1, beş oyun 4:0, üç oyun 5:0, daha bir oyun 5:2 hesabıyla bitib.Hesabda geri düşən komandalar 20 oyunda hadisələrin axarını dəyişməyi, yəni sonda qələbəyə sevinməyi bacarıb. Yəni əzmkar qələbələr ümumi qələbə sayının 15 faizini təşkil edir.Penalti dünyasıHakim “nöqtə”ni göstərdisə, deməli, daha bir qol vurulacağını gözləməyə dəyər. Bəs premyer-liqanın son mövsümündə bu mənada vəziyyət necə olub? 43 penaltidən 9-u boşa verilib ki, bu da 21 faiz deməkdi. Yəni hər 5 penaltidən biri qola çevrilmir. Sonda 4-cü yeri tutsa da, avrokuboklardan kənarda qalan “Turan Tovuz” bu göstəricidə də çempionatın ən bəxtsiz komandasıdı. Hakimlər tovuzluların rəqiblərini 6 dəfə belə sərt şəkildə cəzalandırıb. Ancaq onlar 6 penaltidən yalnız üçünü qola çevirib. “Qarabağ” 7, “Araz-Naxçıvan” və “Neftçi” 4, “Şamaxı” isə 1 penaltidən yararlanıb. “Turan Tovuz”la yanaşı, “Zirə”, “Sabah”, “Kəpəz”, “Sumqayıt” və “Səbail”in futbolçuları da penaltilərin hamısından yararlana bilməyib. Penalti vuranlar“Qarabağ” – 7 (hamısı dəqiq)“Zirə” – 6 (1-i qeyri dəqiq)“Turan Tovuz” – 6 (3)“Sabah” – 5 (1)“Kəpəz” – 5 (2)“Araz-Naxçıvan” – 4“Neftçi” – 4“Sumqayıt” – 3 (1)“Səbail” – 2 (1)“Şamaxı” – 1İndi daha bir maraqlı statistika ilə tanış olacaqsız. “Şamaxı”nın əleyhinə hamıdan çox – 7 penalti təyin olunub və bunların yalnız biri boşa verilib. “Səbail”, “Turan Tovuz”, “Sumqayıt”, “Neftçi”, “Kəpəz” və “Araz-Naxçıvan” hərəyə 1, “Qarabağ” 2 dəfə rəqib futbolçularının uğursuzluğuna sevinib. Daha dəqiqi, “qırmızı-ağlar”ın qapısına yalnız bir penaltui təyin olunub ki, o da qol olmayıb. Bu göstəricidə bəxtsizlər “Sabah”la “Zirə”di. “Bayquşlar” 3, “qartallar” 2 penalti qoluna üzülüb. Penalti ilə cəzalanan “Şamaxı” – 7 (1-i qol olmayıb)“Səbail” – 6 (1)“Turan Tovuz” – 5 (1)“Sumqayıt” – 5 (1)“Neftçi” – 5 (1) “Kəpəz” – 5 (1)“Qarabağ” – 4 (2)“Sabah” – 3“Zirə” – 2“Araz-Naxçıvan” – 1 (1)Futbolçular arasında rekordçu Rafael Utziqdi. “Zirə”nin braziliyalı hücumçusu 4 dəfə “nöqtə”dən dəqiq olub. Yassin Benzya (Qarabağ) və Pavol Şafranko (Sabah) 3 belə zərbəni qola çevirib. Eyni sayda imkan qazanan Kristian da Silva (Turan Tovuz) və Luis Paçu (Kəpəz) yalnız 1 dəfə dəqiq olub.“Araz-Naxçıvan” hamıdan kobud oynayırHakimin meydandakı işi nədi? Təbii ki, yalnız penalti təyin etməkdən ibarət deyil. Ədalət təmsilçiləri müxtəlif rəngli vərəqələrdən yararlanmaqla ehtirasları sakitləşdirməyə çalışırlar. Son mövsümdə futbolçulara (bir daha xatırladırıq ki, futbolçulara; bu statistikada məşqçilər nəzərə alınmayıb) 688 sarı, 22 qırmızı vərəqə göstərilib. Bunlardan 336 sarı, 8 qırmızı meydan sahiblərinin, 352 sarı 14 qırmızı qonaqların payına düşüb. Bütün çempionatlarda olduğu kimi, Misli premyer-liqasında da fasilədən sonra ehtiraslar coşur. Hakimlər fasiləyə qədər 237 sarı, 4 qırmızı vərəqə əl atıbsa, 2-ci hissədə bu rəqəmlər belə olub: 451 sarı, 18 qırmızı.Yəqin oxucularımız üçün komandaların cəza dosyesi də maraqlıdı. 10 komandadan heç biri “qırmızı”dan yan keçə bilməyib. Nə qədər qəribə olsa da, mövsümün ən kobudu “Araz-Naxçıvan”dı. “Qırmızı-ağlar” mövsüm boyunca 78 sarı, 4 sarı vərəqə ilə cəzalanıb.Təbii ki, yaxşı oynayan komandalar həm də intizamı ilə seçilir, imkan daxilində qayda pozuntusuna yol verməməyə çalışır. Aşağıdakı statistikadan da göründüyü kimi, mövsümü ilk iki pillədə bitirənlər həm də ən az cəzalananlar sırasında liderlərdəndi. Bu məqamda statistika hər şeyi gerçək göstərir.Araz-Naxçıvan 78 sarı, 4 qırmızı Şamaxı 79 sarı, 2 qırmızıTuran Tovuz 78 sarı, 2 qırmızıKəpəz 78 sarı, 2 qırmızıSumqayıt 74 sarı, 2 qırmızıSabah 66 sarı, 3 qırmızıNeftçi 65 sarı, 3 qırmızıSəbail 61 sarı, 1 qırmızıQarabağ 55 sarı, 2 qırmızıZirə 54 sarı, 1 qırmızı“Turan Tovuz” olmasaydı, nə olacaqdı?!Mövsüm ərzində keçirilən 180 oyunu stadionlardan 275 min 933 azarkeş izləyib. Hər oyun üçün orta tamaşaçı sayı 1533 nəfərdi. Sirr deyil ki, bu say da əsasən daim qələbəlik yaradan tovuzlu azarkeşlərin hesabına təmin olunub. Bəxtsiz “bozqurd”u ev oyunlarında 78500 azarkeş dəstəkləyib ki, bu da ümumi azarkeş sayının 28,4 faizi deməkdi. “Turan Tovuz”un ev oyunlarında azarkeş sayı:2-ci tur. Sumqayıt – 49005-ci tur. Səbail – 55007-ci tur. Araz-Naxçıvan – 50009-cu tur. Zirə - 400011-ci tur. Kəpəz – 380012-ci tur. Qarabağ – 600014-cü tur. Sabah – 450016-cı tur. Şamaxı – 300018-ci tur. Neftçi – 300021-ci tur. Səbail - 500023-cü tur. Araz-Naxçıvan - 410025-ci tur. Zirə - 450027-ci tur. Sumqayıt – 470028-ci tur. Qarabağ – 650030-cu tur. Sabah – 250032-ci tur. Şamaxı – 300034-cü tur. Neftçi – 450036-cı tur. Kəpəz - 4000Komandalar 18 saat artıq oynayıbYarımbaşlıq sizi çaşdırmasın; demək istəyirəm ki, mövsüm ərzində keçirilən 180 oyuna 1051 dəqiqə əlavə olunub ki, bu da 18 saata yaxın edir. Hər oyuna orta hesabla 5,8 dəqiqə artırılıb. Təbii ki, 2-ci hissələrə daha çox – 751 dəqiqə əlavə olunub. 1-ci hissələrə artırılan vaxt isə 300 dəqiqəyə bərabərdi.Bəs bombardir?2024/25 mövsümünün bombardiri Leandro Andrade olub. O, ilk dəfə ölkəmizdə bu adı qazanıb. Maraqlıdı ki, ardıcıl 4-cü, tarixdə 10-cu dəfə “Qarabağ”ın futbolçusu ölkə çempionatının ən məhsuldar oyunçusu olub. Ağdam klubu oyunçularının bombardirliyi sayında rekordçudu.mövsüm bombardir klub qol sayı1992 Nazim Əliyev Xəzər 391993 Samir Ələkbərov Neftçi 161993/94 Musa Qurbanov Turan 351994/95 Nazim Əliyev Neftçi 261995/96 Rövşən Əhmədov Kəpəz 23Fazil Pərvərov Kəpəz 231996/97 Qurban Qurbanov Neftçi 341997/98 Nazim Əliyev Dinamo 231998/99 Alay Bəhramov Viləş 241999/00 Badri Kvaratsxeliya Şəmkir 162000/01 Paşa Əliyev Dinamo-Bakılı 132003/04 Samir Musayev Qarabağ-Azərsun 202004/05 Zaur Ramazanov Karvan 212005/06 Yakuba Bamba Karvan 162006/07 Zaur Ramazanov Xəzər-Lənkəran 202007/08 Xaqani Məmmədov İnter 192008/09 Valter Quqlemon İnter 172009/10 Fərid Quliyev Standard 162010/11 Georgi Adamiya Qarabağ 182011/12 Bahodir Nasimov Neftçi 162012/13 Nikolas Kanales Neftçi 262013/14 Reynaldo Silva Qarabağ 222014/15 Nurlan Novruzov Bakı 152015/16 Dani Kintana Qarabağ 152016/17 Filip Ozobiç Qəbələ 11Rauf Əliyev İnter 112017/18 Baqali Dabo Qəbələ 13 2018/19 Mahir Emreli Qarabağ 162019/20 Baqali Dabo Neftçi 7Mahir Mədətov Qarabağ 7Stiven Jozef-Monroz Neftçi 7Peyman Babayi Sumqayıt 72020/21 Namik Ələskərov Neftçi 192021/22 Kadi Borges Qarabağ 122022/23 Ramil Şeydayev Qarabağ 222023/24 Olavio Juninyo Qarabağ 202024/25 Leandro Andrade Qarabağ 15

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
61
1
icma.az

2Mənbələr