Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Qalatasaray" Fernando Musleranın ayrılığından sonra qapıçı arayışlarını davam etdirir.
Milli.Az xəbər verir ki, "sarı-qırmızılar" "Çelsi"nin çərçivə qoruyucusu Corce Petroviçlə maraqlanır. Klublar arasında danışıqlar başlayıb.
"Zadəganlar" serbiyalı qapıçı üçün 30 milyon avro tələb edir.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat verib.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
C. Petroviç başa çatan mövsümü icarə əsasında "Strasburq"da keçirib. O, Fransa çempionatında 31 oyunda 38 qol buraxıb.
25 yaşlı çərçivə qoruyucusu klublar razılaşsa, "Qalatasaray"da çıxış etməyə müsbət yanaşır. (Offsideplus.az)
Milli.Az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.