ain.az bildirir, Oxu.az portalına istinadən.
ABŞ-nin Ohayo ştatında yerləşən partlayıcı zavodda kimyəvi preparatların sızması Vinton dairəsindəki Zaleski yaşayış məntəqəsinin və ətraf ərazilərin boşaldılmasına səbəb olub.
Oxu.Az bu barədə NBC4 telekanalına istinadla xəbər verir.
Telekanalın məlumatına görə, təxminən 750 nəfər təxliyə olunmalıdır.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Sızmanın həcmi 3 000 qallon (təxminən 11.36 kubmetr) təşkil edib. Kimyəvi maddələrin sızması nəticəsində havada zəhərli azot oksidi yaranıb.
Təxliyə edilmiş sakinlərin evlərinə qayıtmasına yalnız havanın keyfiyyəti yoxlanıldıqdan sonra icazə veriləcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.