BAKI, 12 iyun. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ni və Kiyevin digər müttəfiqlərini Rusiyaya təzyiq göstərməkdən qorxmamağa çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna lideri öz “Telegram” kanalında yazıb.
"Qorxmamaq, Rusiyanın vəziyyətini çətinləşdirə biləcək yeni qərarları təxirə salmamaq lazımdır. Bunsuz onlar real diplomatiyaya getməyəcəklər. Bu, ilk növbədə, Amerika Birləşmiş Ştatlarından və digər dünya liderlərindən asılıdır", - Zelenski çağırış edib.