BAKI, 12 iyun. TELEQRAF
Qırğızıstanda 3-cü Beynəlxalq Bişkek Film Festivalının prezident Sadır Japarovun iştirakı ilə açılış mərasimi olub.
Teleqraf xəbər verir ki, bu il üçüncü dəfə təşkil olunan və Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Bişkek Film Festivalının açılış mərasimindən əvvəl mavi xalça paradı keçirilib.
Festivalın açılış mərasiminin keçirildiyi Bişkek Konsert Salonuna gələn kino dünyasının tanınmış simaları və qonaqlar mavi xalça üzərindən keçiblər.
Tədbiri giriş sözü ilə Nazirlər Kabinetinin sədri Adilbek Kasıməliyev və mədəniyyət, informasiya və gənclər siyasəti naziri Mirbek Mambetəliyev açıblar.
K.Kasımalıyev çıxışında bildirib ki, kinofestival təkcə filmlərin premyera və nümayişi platformasına deyil, həm də yaradıcı dialoq, fikir mübadiləsi və beynəlxalq peşəkar təcrübə mərkəzinə çevrilib.
Qırğızıstan dövlətinin kino sahəsində ən yaxşı ideya və təşəbbüsləri dəstəkləyəcəyini vurğulayan Qasımalıyev son 3 ildə kino sektoruna ayrılan dövlət resurslarının 3 dəfə artdığını bildirib.
Festivalın açılış mərasimində əfsanəvi “Oktopus” (la piovra) serialında polis əməkdaşı Kattani rolunu oynayan italiyalı aktyor və kinorejissor Mişel Plaçido iştirak edib.
Rejissorlar, yazıçılar, prodüserlər, aktyorlar, kino tənqidçiləri və ekspertləri bir araya gətirən festival 33 ölkədən 120-dən çox qonağı qəbul edir.
Festivala 40 film təqdim olunub və onlardan 4-nün premyerası olacaq.