AZ

Astana “Power Central Asia+China” forumuna hazırlaşır

Astana

İyunun 16-17-də Astanada keçiriləcək “Power Central Asia+China” birinci regional enerji forumunda ekspertlər enerji keçidi, enerjidə kibertəhlükəsizlik və süni intellekt, bərpa olunan enerji mənbələrinin inteqrasiyası, hidrogen enerjisi perspektivləri kimi məsələləri müzakirə edəcəklər.

Reyting.az
xəbər verir ki, bu barədə “Sputnik Kazaxstan” məlumat yayıb.

Mərkəzi Asiya–Çin sammiti ərəfəsinə təsadüf edən forum enerji bazarının əsas oyunçularını – Çin, Qazaxıstan və Mərkəzi Asiya ölkələrindən nümayəndə heyətləri bir araya gətirəcək.

V. QULİYEV
Seçilən
16
1
reyting.az

2Mənbələr