AZ

"İndigo"nun direktoru cərimələndi

"İndigo Körpələr Evi-Uşaq Bağçası" Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) vergi yoxlaması aparılıb.

 

Pravda.az Qaynarinfo-ya istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən aparılan yoxlama zamanı "İndigo Körpələr Evi-Uşaq Bağçası" MMC 1000 manat məbləğində cərimələnib.

 

MMC-də aparılan operativ vergi nəzarəti üzrə - Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayyət olunması vəziyyəti haqqında AKT-a əsasən, 1000 manat maliyyə sanksiyası tətbiq edilib.

 

Qeyd edək ki, nizamnamə kapitalı 20 manat olan "İndigo Körpələr Evi-Uşaq Bağçası" direktoru Samirə Muxtar qızı Dünyamalıyevadır. O, "Bağçam" Uşaq Bağçaları Şəbəkəsinə də rəhbərlik edir.

Tarix: 12 İyun 2025, 07:46   
Seçilən
16
1
pravda.az

2Mənbələr