AZ

39 nəfər bir məclisdə zəhərləndi

Türkiyənin Amasya şəhərində 39 nəfər qidadan zəhərlənib.

Bizim.Media xəbər verir ki,  hadisə Hacılar Meydanı Məhəlləsindəki evlərdən birində qeydə alınıb.

Evdə təşkil edilən ziyafətə qatılan qonaqlara toyuq ətindən hazırlanmış yemək verilib. Onlar yeməkdən sonra özlərini pis hiss edərək ürəkbulanmadan, qarın ağrısından və qusmadan şikayətləniblər.

Zərərçəkənlər təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıblar. Onların vəziyyətinin yaxşı olduğu bildirilir.


Bizim.Media
 

Seçilən
16
13
bizim.media

10Mənbələr