AZ

Suriyada qadın və kişilərə qarşı geyim qadağası

Suriyada tətbiq edilən yeni qaydalara əsasən, qadınlar bütün ictimai çimərliklərdə bədəni tamamilə örtən burkinilər və ya çimərlik geyimlərindən istifadə etməlidirlər.

Ölkə.az oxu.az-a istinadən xəbər verir ki, bildirilir ki, yeni qaydalar ictimai maraqların tələblərinə uyğun hazırlanıb. Sözügedən qaydanın həm yerli sakinlərə, həm də turistlərə şamil olunduğu qeyd edilir.

Yeni qaydalara əsasən, kişilərin köynək geyinməsi tələb olunur, çünki üzgüçülük zonaları, hotellərin vestibülləri və qidalanma zonalarının hüdudlarından kənarda ictimai yerlərdə üst paltarsız gəzmək qadağandır.

Çimərliklərdən və hovuzlardan kənarda ictimai yerlərdə çiyinləri və dizləri örtən geniş paltar geyinmək, şəffaf və ya çox dar geyimlərdən çəkinmək məsləhətdir.

Bununla belə, beynəlxalq və premium (4 ulduzlu) olan kurort və hotellərdə, həmçinin özəl çimərliklərdə və hovuzlarda "tipik Qərb çimərlik geyimləri"nə icazə verilir.

Seçilən
23
1
olke.az

2Mənbələr