AZ

Xoşqədəm atasının vəsiyyətini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı atası Hidayət Baxşəliyevin vəfatından sonra ilk dəfə efirə çıxıb.

 

"Səni axtarıram" proqramında atasından danışan aparıcı kövrəlib:

 

"54 günün içində səni dünyalar qədər sevən, təmənnasız sevgi verən, nəfəsin, həyatına aid olan iki insanı itirmək çətin idi. Atam ölümündən əvvəl son 3 gündə ağrılarını belə bildirmədi. Atam nə qədər adil, vicdanlı insan olub. Biz ona borcluyuq".

 

Xoşqədəm atasının vəsiyyətindən danışıb:

 

"Atam dedi ki, səni and verirəm ananın ruhuna kənddə, babanın ocağında işıqlar yansın. Qardaşının məzarını düzəlt". (Axşam.az)

Tarix: 12 İyun 2025, 08:47   
Seçilən
3
6
pravda.az

7Mənbələr