AZ

Braziliya Prezidenti Lula da Silva Kristina Kirşnerə dəstəyini ifadə etdi

Bakı. Trend:

Braziliya Prezidenti Luis İnasio Lula da Silva Argentinalıhəmkarı, sabiq prezident Kristina Fernandes de Kirşnerə dəstəyiniifadə edib.

Trend xəbər verirki, bu, Argentinanın Ali Məhkəməsinin onun barəsində çıxarılankorrupsiya hökmünü qüvvədə saxlamasından sonra baş verib.

Prezident Lula bu barədə “X” sosial şəbəkəsindəki paylaşımındabildirib: "Bu axşam mən Kristina Kirşnerə zəng etdim və onunlahəmrəy olduğumu bildirdim."

O, sabiq prezidentin mübarizə əzmini yüksək qiymətləndirib:"Onun mübarizəni davam etdirməkdə nə qədər qətiyyətli olduğunugörməkdən məmnun oldum."

Qeyd edək ki, iyunun 10-da Argentinanın Ali Məhkəməsi aşağıinstansiya məhkəməsinin Kristina Fernandes de Kirşneri korrupsiyaişi üzrə 6 il həbsə və dövlət vəzifəsi tutmaq hüququndan məhrumedilməsinə dair hökmünü qüvvədə saxlayıb. Kirşner 2007–2015-ciillərdə Argentina Prezidenti olub.

Seçilən
45
az.trend.az

1Mənbələr