AZ

ABŞ-ın gömrük vergisi gəlirləri 270 faiz artıb

ABŞ Maliyyə Nazirliyi 2025-ci ilin may ayı üzrə büdcə balansı hesabatını paylaşıb.

Marja xəbər verir ki. məlumatlara görə, 1 oktyabr 2024-cü ildən 30 sentyabr 2025-ci il tarixinə qədər olan dövrü əhatə edən 2025-ci maliyyə ilinin səkkizinci ayında (mayda) hökumətin büdcə kəsiri 316 milyard dollar olaraq qeydə alınıb. 2024-cü ilin may ayında federal hökumətin büdcə kəsiri 347 milyard dollar təşkil etmişdi. Beləliklə, büdcə kəsiri ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz azalıb. Bazarlar bu ay büdcə kəsirinin 314,3 milyard dollar olacağını gözləyirdi.

ABŞ-da may ayında büdcə gəlirləri 15 faiz artaraq 371 milyard dollar, xərclər isə 2 faiz artaraq 687 milyard dollar təşkil edib.

ABŞ prezidenti Donald Trampın həyata keçirdiyi ticarət siyasətləri fonunda gömrük rüsumu gəlirləri keçən ilin eyni dövrü ilə müqayisədə 270 faiz artaraq 23 milyard dollara çatıb.

Dünyanın ən böyük iqtisadiyyatında 2025-ci maliyyə ilinin 8 ayında cəmi büdcə kəsiri 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14% artımla 1 trilyon 365 milyard dollara yüksəlib. 

Seçilən
28
4
marja.az

5Mənbələr