AZ

Ukrayna iqtisadiyyatı Rusiyanı üstələyəcək - Bessent

20 ildən sonra Ukrayna iqtisadiyyatı Rusiya iqtisadiyyatını keçə bilər.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın maliyyə naziri Skott Bessent Konqresdə dinləmələr zamanı deyib.

Amerikalı nazirin fikrincə, sabit Ukrayna iqtisadiyyatı uzunmüddətli perspektivdə Ukrayna üçün ən yaxşı müdafiə olacaq.

O vurğulayıb ki, milli təhlükəsizlik iqtisadi təhlükəsizlikdir.

Bessent həmçinin xatırladıb ki, Berlin divarı dağıdılanda Ukrayna və Polşa iqtisadiyyatları eyni idi, lakin indi Polşanın iqtisadiyyatı Ukraynanınkından üç dəfə böyükdür.

Seçilən
29
1
axar.az

2Mənbələr