AZ

XƏBƏRDARLIQ: Bu tarixlərdə hava kəskin PİSLƏŞİR

Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında iyunun 12-15-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Doktorm.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur./baku.ws

Seçilən
70
49
Doktorm.az

10Mənbələr