Bu gecədən etibarən Gəncənin şərq istiqamətdən girişindəki əsas magistral yolun bir hissəsi bağlanacaq.
Səbəb bu yol üzərindəki körpünün təmirə bağlanmasıdır.
Avtomobil Yolları Dövlət Agentliyindən “Xəzərxəbər”ə bildirilib ki, Gəncə avtomobil yolunun 2-ci kilometrində yerləşən körpünün təmiri ilə əlaqədar tətbiq olunan məhdudlaşma, işlər bitənədək qüvvədə olacaq.
Nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq körpünün yanındakı alternativ yolla təmin olunacaq.
Mövzu ilə bağlı daha ətraflı süjetdə: