“Bavariya” “Milan”ın hücumçusu Rafael Leaoya elçi düşüb. Vətəninfo.az xəbər verir ki, jurnalist Ekrem Konur sosial şəbəkədəki səhifəsində yazıb ki, almanlar portuqaliyalının transferini təmin etmək üçün fransalı hücumçu Kinqsli Koman da daxil olmaqla italyanlara 60 milyon avro təklif etməyə hazırdır.
Rafael Leaoya İngiltərənin “Liverpul”u və Kataloniya “Barselona”sı da maraq göstərir. Mətbuatda dolaşan söz-söhbətlərə görə, “Milan” Leaonu 70 milyona satmağa hazırdır.