“Qarabağ”da daha üç ayrılıq reallaşıb.
Msport.az xəbər verir ki, Ağdam klubu Yassin Benziadan sonra Patrik Andrade, Marko Veşoviç və İsmayıl İbrahimli ilə də vidalaşıb.
2020-ci ildən “Qarabağ”da çıxış edən Patrik bu müddət ərzində 149 oyunda 16 qol vurub, 16 ötürmə verib.
2021/2022 mövsümündən Ağdam klubunda çıxış edən Marko 134 qarşılaşmada 5 qol vurub, 16 ötürmə ilə yadda qalıb.
Son mövsümü icarə əsasında “Zirə”də keçirən İsmayıl İbrahimli ilə müqaviləyə xitam verilib. O, sön mövsümdə bütün turnirlərdə 40 oyunda 1 qol və 3 ötürmə ilə yadda qalıb.