AZ

Dünyada 137 milyon uşaq əməyə cəlb olunub - Beynəlxalq Əmək Təşkilatı

Bakı. Trend:

2024-cü ildə 137,6 milyon uşaq əməyə cəlb olunubsa, BMT-nin2030-cu ildəki hədəfinə nail olmaq real görünmür.

Trend xəbərverir ki, bu barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT)açıqlanmasında deyilir.

Agentlik bildirir ki, 2015-ci ildə bəşəriyyət 2025-ci ilədəkuşaq əməyinin ləğv edilməsini qarşıya məqsəd qoymuşdu. Bu sahədəyaxşılaşma olsa da, məqsədə nail olunmayıb. 2020-ci ildə dünyada160 milyondan çox uşağın əməyindən istifadə edilirdisə, 2024-cüildə göstərici 137,6 milyon nəfərə düşüb.

2020-ci ildə koronavirus pandemiyası zamanı uşaq əməyininistismarı kəskin şəkildə artsa da, son 2 ildə azalma tendensiyasımüşahidə olunur. Bunun səbəbi bir çox ölkədə milli qanunvericiliyinsərtləşməsidir.

Seçilən
50
7
az.trend.az

8Mənbələr