AZ

Putin Rusiyanın 2027-2036-cı illər üçün Rusiyanın silahlanma proqramını müzakirə edib

Rusiya prezidenti Vladimir Putin çərşənbə günü, iyunun 11-də Kremldə 2027-2036-cı illər üçün dövlət silahlanma proqramı layihəsinin əsas parametrlərini nəzərdən keçirmək üçün iclas keçirib.

Herbiand.az Rusiya mınbələrinə istinadən xəbər verir ki, Putin Ukraynada aparılan müharibədə qarşıya qoyulan hədəflərə çatmaq üçün silah təchizatının həcminin artırılması üzrə tədbirlər ən qısa müddətdə həyata keçirildiyini bildirib.

Prezidentin sözlərinə görə, Rusiyanın strateji nüvə arsenalında müasir silahların payı 95% təşkil edir.

Putin yeni dövlət silahlanma proqramında Rusiya silahlarının, xüsusən də döyüş şəraitində sınaqdan keçirilmiş modellərin ixrac potensialına diqqət yetirməyi tapşırıb.

Seçilən
48
herbiand.az

1Mənbələr