AZ

İsrail İordaniya sərhədinə 10 mindən çox hərbçinin göndərilməsini təsdiqləyib

İsrail Baş Qərargah rəisi Eyal Zamir İordaniya sərhədində yeni diviziya yaradılması, oraya 10 mindən çox əsgərin yerləşdirilməsi qərarını təsdiqləyib və plan təqdim edib.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Təqdim olunan plana əsasən 500-cü Zirehli Briqadanın yenidən qurulmasını, 3 batalyonun Qolan təpələrində daimi yerləşdirilməsini və İordaniya sərhədində yeni diviziyanın yaradılmasını nəzərdə tutur.

İsrail ordusu Suriya sərhədindəki işğal altındakı Qolan təpələrində müdafiə üçün üç batalyon piyada birliklərini daimi olaraq yerləşdirəcək.

Sərhəd pozuntularının qarşısının alınması iddiası ilə iki ay ərzində İordaniya sərhədində İsrail ordusu daxilində yeni bir diviziyanın yaradılması planlaşdırılır.

Diviziyanın 11 batalyon və ultra-pravoslav (Haredi) əsgərləri də daxil olmaqla 10 mindən çox əsgərdən ibarət olacağı gözlənilir.

Seçilən
80
2
operativmedia.az

10Mənbələr